Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:03

Müsabiqəyə indiyəcən 60 nəfər qatılıb (Şeir, hekayə qəbulu davam edir)


"Ədəbi Azadlıq-2012" müsabiqəsinin priz və diplomları

"Ədəbi Azadlıq-2012" müsabiqəsinin priz və diplomları

-

Martın 22-i saat 10 00-a qədər “Ədəbi Azadlıq” Müsabiqəsinə 60 yazar əsərini göndərib. Onlar arasında İran Azərbaycanından 4, Rusiyadan 3, Gürcüstandan 1 yazar var.

Martın 13-də start verilən müsabiqə həm şeir, həm də hekayə nominasiyası üzrə keçirilir. Əsər qəbulu aprelin 13-dək (həmin gün də daxil) davam edəcək.

Müsabiqəyə qatılanların bəziləri hər iki nominasiyaya əsər təqdim edib.

“Ədəbi Azadlıq”ın mükafatları notebook-lar, netbook-lar və e-book reader-lərdir.

Müsabiqələrə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul ediləcək (sosial şəbəkələrdə yayılmış əsərlər istisna olmaqla). Şeir və hekayələr münsiflərə İMZASIZ təqdim ediləcək.

Müsabiqənin şərtləri haqda BURDA ətraflı oxu, YALNIZ BUNDAN SONRA əsərini bu ünvana yolla: oxuzali@azadliqradiosu.az

Günün bütün mövzuları

XS
SM
MD
LG