Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:52

Lənkəran-Lerik şosesində torpaq sürüşməsi olub



Lənkəran-Lerik şosesində torpaq sürüşməsi baş verib.

APA-nın məlumatına görə, hadisə martın 21-də gecə saat 04.00 radələrində yolun 17-ci kilometrliyində qeydə alınıb. Sel sularının yuyub gətirdiyi lil-torpaq, daş və qaya parçaları şose yolun 100 metrlik ərazisinə tökülərək nəqliyyatın hərəkətini iflic edib.

43 saylı Lerik Rayon Yol İstismar Sahəsinin qəza briqadasının və ağır texnikasının müdaxiləsi nəticəsində səhər saat 7 radələrindən yolda maşınların gediş-gəlişi qismən bərpa olunub.

Şahidlərin verdiyi məlumata görə, sürüşmə davam edir. Martın 17-18-də yağan yağışların törətdiyi sel suları nəticəsində sıldırım dağlardan yola tökülən daş və qaya parçaları nəqliyyat vasitələri və sərnişinlər üçün real təhlükəyə çevrilib. Ərazidə sürüşmənin bu cür davam edəcəyi təqdirdə şose yolun tamamilə bağlanması istisna olunmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG