Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:20

Obama İsrail xalqına səsləndi: «Avtoritar liderlərlə anlaşma dövrü arxada qaldı»


İsrail - ABŞ prezidenti Obama Yerusəlimdə Yığıncaqlar Mərkəzində çıxış edir. 21 mart, 2013
İsrail - ABŞ prezidenti Obama Yerusəlimdə Yığıncaqlar Mərkəzində çıxış edir. 21 mart, 2013
-
Amerika prezidenti Barak Obama Yerusəlimdə İsrail xalqına müraciət edib.

Yaxın Şərqə səfəri çərçivəsində o, Israil-Fələstin münaqişəsinin həlli üçün sülh danışıqlarının bərpasına çağırıb.

Obama deyib ki, Amerika Qəzzadan İsrailə raket atılmasını, dinc sakinlərin öldürülməsini pisləyir, İsrailin təhlükəsizliyini dəstəkləyir, ona hərbi yardım edir, Həmasın İsrailin mövcudluq haqqını tanımasını istəyir. ABŞ Hezbollahı terrorçu təşkilat sayır. O Hezbollah ki, Suriya rejiminə kömək edir.

Obama Bəşər Əsədə və onun əmrinə tabe olanlara bir daha xəbərdarlıq edib ki, kimyəvi silahdan istifadə etməsinlər, Amerika belə silahların nə xalqa qarşı istifadəsinə, nə də terrorçulara ötürülməsinə dözməyəcək:

“Dünyanın gözü sizdədir, əgər bu, baş versə, sizi buna görə cavab verməyə məcbur edəcəyik”. O deyib ki, Suriyanın gələcəyə gedən yolu Əsədin hakimiyyətdən əl çəkməsindən keçir. Suriyada sabitlik yalnız öz xalqı qarşısında cavabdehlik daşıyan hökumətin qurulması ilə reallaşa bilər.

ABŞ prezidenti deyib ki, soyqırıma məruz qalmış yəhudi xalqının İranın onu yer üzündən silmək barədə hədələrindən narahatlıq keçirməsi başa düşüləndir. Ona görə
İsrailli tələbələr Obamanın çıxışını dinləyir. Yerusəlim Yığıncaqlar Mərkəzi, 21 mart 2013
İsrailli tələbələr Obamanın çıxışını dinləyir. Yerusəlim Yığıncaqlar Mərkəzi, 21 mart 2013
ə Amerika beynəlxalq koalisiya yaradaraq İranı mübahisəli nüvə proqramından imtina etməyə məcbur etməyə çalışır. Bunun təsiri də var: “İran təcrid olunub. Onun iqtisadiyyatı ağır vəziyyətdədir. Rəhbərliyində parçalanma var. Regionda və dünyadakı mövqeyi isə zəifləyib”.

Prezident düşünür ki, bu məsələni həll etmək üçün ən vaxşı vasitə güclü diplomatiyadır:

“İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik və bunun üçün bütün vasitələrdən istifadə edə bilərik”.

Obama bildirib ki, indi İsrail yolayrıcındadır. Süıh vacibdir. Onun fikrincə, İordan çayının qərbindəki demoqrafik vəziyyəti nəzərə alanda İsrailin yaşaması və müstəqil yəhudi dövləti olaraq çiçəklənməsi üçün yeganə yol müstəqil və möhkəm Fələstin dövlətinin qurulmasıdır. Onun fikrincə, belə bir sülh regionda baş verən son hadisələri, ərəb dünyasındakı inqilab dalğasını nəzərə alanda daha aktual və vacib görünür: “Regiondakı dövlətlərdə hökumətlərin xalqın iradəsi ilə formalaşdığı bir vaxtda İsrailin öz təhlükəsizliyini qorumaq üçün bir ovuc avtokratik rejimlə sülh əldə etdiyi dövrlər artıq arxada qalıb. Sülh xalqlar arasında əldə edilməlidir, hökumətlər arasında yox”.

Obama deyib ki, sabitliyə gedən yol fələstinlilərlə sülh danışıqlarından keçir. Fələstin xalqının da öz müqəddəratını həll etmək haqqı var və bu haqq tanınmalıdır. “Özünüzü onların yerinə qoyun, dünyaya onların gözü ilə baxın. Fələstin uşaqları özlərinə məxsus bir ölkədə böyümək haqqından məhrumdur və xarici ordu onların valideynlərinin hər bir hərəkətini izləyir. İsrailin öz torpaqlarında dövlət qurduqları kimi fələstinliklərin də öz torpaqlarında belə bir haqqa malikdirlər” – deyə prezident qeyd edib.

O, sülhün bərqərar olduğu regionda ABŞ-ın həmişə İsraili dəstəkləyəcəyini də deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG