Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:08

Kipr xilas fondu yaradır


Kipr prezidenti Nicos Anastasiades siyasi partiyaların yeni xilas planı çərçivəsində
“ İnvestisiya həmrəylik fondu” yaradılması barədə razılığa gəldiklərini xəbər verir.
Amma bu fondun necə yaradılacağı barədə hələlik məlumat verilmir.

Liderlər bu gün bir neçə saat davam edən müzakirələrdən sonra əmanətlərə vergi tətbiq edilməsi ilə bağlı plandan imtina etmək qərarına gəliblər.

Bunu Kiprə 10 milyard avro maliyyə yardımı verilməsi əvəzində beynəlxalq kreditçilər tələb edirdi.

Avropa Mərkəzi Bankı bundan əvvəl planla bağlı razılığa gəlmək üçün Kiprə bazar ertəsinədək vaxt vermişdi.

Kiprin maliyyə naziri Mikhalis Zarris Rusiyadan maliyyə yardımı almaq üçün dünən Moskvaya gedib.

Həmçinin Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo yaranmış vəziyyəti müzakirə etmək üçün Moskvaya yollanıb.
XS
SM
MD
LG