Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:04

«Hər dil bilən tərcüməçi ola bilməz»


İsmayıl Cəbrayılov
İsmayıl Cəbrayılov
-

«Hər dil bilən tərcüməçi ola bilməz. Tərcüməçi olmaq üçün məktəb keçmək, peşəkarların qarşısında olmaq, onlardan öyrənmək lazımdır».

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) ispan dili üzrə koordinatoru Kamil Zeynalov belə deyir.

Kamil Zeynalov
Kamil Zeynalov
«Flashmob» verilişinin qonaqları olan Kamil Zeynalov danışır ki, professional tərcüməçilik üçün əvvəlcə yazılı tərcümədən başlamalısan, sonra praktik-şifahi tərcüməyə keçirsən. Bu pillələri bir-bir aşmaq lazımdır. Təkcə sözləri bilməklə tərcüməçi olmaq olmur. Dili işlətmək lazımdır.

AGTA 2011-ci il sentyabrın 30-da yaranıb.

KƏMİYYƏT YOX, KEYFİYYƏT

AGTA sədri İsmayıl Cəbrayılov deyir ki, bu təşkilatdan əvvəl Azərbaycanda tərcüməçiləri birləşdirən təşkilat olmayıb:

«Bu təşkilat bir növ tələbatdan yarandı. Bu təşkilata həm peşəkar tərcüməçilər, həm də tələblər üzv yazıla bilər. Dünyanın əksər ölkələrində belə təşkilatlar vardı, Azərbaycanda isə tərcüməçilərin birliyi yox idi. Hazırda AGTA Beynəlxalq Tərcüməçilər Federasiyasının müşahidəçi üzvüdür. Bizim təşkilatda həm klublar, həm də üzvlük kateqoriyaları var. Daimi, müşahidəçi, tələbə və həmkar üzvlər var. Üzvlərin sayı artır, amma bizim üçün əsas say yox, aktivlikdir. Kim aktiv deyil xaric edirik. Hazırda 120-yə yaxın üzvümüz var».

«KİÇİK ƏSƏRDƏN BAŞLAMAQ LAZIMDIR»

Bədii tərcümə klubunun koordinatoru Günel Abilova deyir ki, kluba üzvlükdə say məhdudiyyəti yoxdur:

Günel Abilova
Günel Abilova
«Üzvlərin aktivliyinə nəzarət edirik. Bədii tərcümə daha az gəlir gətirən sahədir. Bu tərcümə daha çox maraq və istək üçün edilir. Çox lazımlı tərcümə növüdür. Bunun nəticəsində dünya ədəbiyyatını Azərbaycana gətirirlər. Bu içdən gələn bir şeydir, əsəri oxuyandan sonra istəyirsən bölüşəsən. Mən özüm Kafka, Kamyunun kiçik əsərlərini tərcümə edirəm. İlk başlanğıcdan böyük əsəri götürüb tərcümə etmək olmaz, kiçik əsərlərdən başlamaq lazımdır».

Assosiasiya tələbə-tərcüməçilərə özlərini sınamaları üçün şans verir. Bunun üçün simulyativ tədbirlər həyata keçirirlər.

Verilişi tam olaraq burdan dinlə:

XS
SM
MD
LG