Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 00:52

Avropa Mərkəzi Bankı Kiprə bazar ertəsinədək vaxt verib


Foto arxiv
Foto arxiv
Avropa Mərkəzi Bankı beynəlxalq xilas planını qəbul etmək üçün Kiprə bazar ertəsinədək vaxt verib.

Bankın yerli şöbəsinin fövqəladə fondu Kipr bankları üçün açıq qalsa da Mərkəzi Bank xəbərdarlıq edib ki, əgər plan qəbul edilməsə maliyələşmə bazar ertəsi dayandırılacaq.

Kipr parlamentinin əmanətlərə vergi tətbiq edilməsi ilə bağlı planı rədd etməsi vəziyyəti çətinləşdirib.
Ölkə bunun əvəzində iflasdan qurtarmaq üçün Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan 10 milyard avro kredit almalıydı.

Kiprin maliyyə naziri Mikhalis Zarris Rusiyadan maliyyə yardımı almaq üçün dünən Moskvaya gedib.
Həmçinin Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozo yaranmış vəziyyəti müzakirə etmək üçün Moskvaya yollanıb.

Rusiyanın baş naziri Dimitri Medvedev hazırda Kiprlə bağlı müzakirə olunan sxemi cəfəng adlandırıb.
XS
SM
MD
LG