Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:49

Lerik-Lənkəran yolunda problem yaranıb


Foto: Arxiv
Foto: Arxiv
-
Martin 20-dən 21-nə keçən gecə Lerik-Lənkəran yolu bağlanıb.

Bu ərazidə yağan yağışlar torpaq sürüşməsinə səbəb olub. Nəticədə torpaq yolu örtüb.

Lerik rayon fövqəladə hallar komissiyasının sədri, icra başçısının müavini Habil Məlikov AzadlıqRadiosuna bildirib ki, yolu təmizləmək üçün texnika cəlb edilib:

«Hazırda yol açıqdır. Lakin yolda hər vaxt belə hadisə baş verə bilər. Daxili imkanlar hesabına bu qədər iş görə bilirik. Yolu təhlükəsiz etmək üçün əsaslı iş görülməlidir. Belə bir imkan bizdə yoxdur».

Cəlilabad rayonun ərazisində Mişarçayın üstündə olan körpü hələ də təmir edilməyib. Bakıya və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri torpaq yoldan istifadə edirlər.
XS
SM
MD
LG