Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:35

«N!DA»çı Rəşad Həsənova görüş verilmir


-
Bayram günləri istintaq təcridxanası işləmədiyi üçün «N!DA»Vətəndaş Hərəkatı üzvləri nə vəkilləri, nə də ailə üzvləri ilə görüşə bilib.

Bu haqda AzadlıqRadiosuna Rəşad Həsənovun vəkili Əshabəli Mustafayev məlumat verib. O, Rəşad Həsənovu sonuncu dəfə məhkəmədə gördüyünü deyir:

«Görüş versələr, bu bayramdan sonra olacaq. Hazırda, vəziyyət donub qalıb. Bayrama görə proses getmir, istintaq aparılmır».

Vəkil Rəşad Həsənovun saxlandığı şəraitdən şikayətçi olmadığını da dedi:

«Sadəcə qohumları, dostları yemək, paltar aparmaq istəyirdilər. İş günləri olmadığı üçün problem yaranıb».

Martın 7-də - «Əsgər ölümünə son» etiraz aksiyası ərəfəsində «N!DA» Vətəndaş Hərəkatının 3 üzvü – Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu saxlanıb.

Prokurorluq və MTN-nin məlumatına görə, onların evlərində axtarış zamanı 22 ədəd «Molotov kokteyli», 507.67 qram həşiş qatranı, 190.02 qram qurudulmuş marixuana və 94 min manat pul aşkarlanıb.

«N!DA» Vətəndaş Hərəkatı isə üzvlərinin həbsini siyasi sifariş hesab edir.

Martın 14-də saxlanan «N!DA» üzvü Rəşad Həsənova qarşı qanunsuz silah saxlama ittihamı irəli sürülüb və barəsində 3 aylıq həbs qərarı verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG