Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:14

Azərbaycanın ən gözəl şairi, MKM-də səsvermə (Yazıçılar haqda lətifələr)


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

"250plyus" satirik şousu xüsusi olaraq "Oxu zalı" üçün


əvvəli burda


YAZIÇILAR HAQDA LƏTİFƏLƏR

***

Milli Kitab Müsabiqəsində münsiflər heyətinin son iclası. Qalibi müəyyən etmək üçün səsvermə keçirilir. Heç bir əsəri oxumayan Rüstəm İbrahimbəyov Əkrəm Əylisliyə:
- Əkrəm, mən oçkimi evdə qoymuşam, mümkünsə mənim də yerimə səs ver.
Əkrəm Əylisli onun da büllletenini alıb işarələyir.
- Hə, Əkrəm, kimlərə səs verdim?
- İncimə, Rüstəm, bu, gizlin səsvermədi, deyə bilmərəm.

***

YERLİBAZLAR

Nizami Cəfərovla Aqil Abbas mübahisə edirlər:
N.Cəfərov:
- Bizim rayonda aparılan son arxeoloji qazıntılar zamanı mezazoy dövrünə aid kabellər tapılıb. Bu onu göstərir ki, hələ o dövrdə ağstafalılar telefonun ibtidai formasından istifadə ediblər.
A.Abbas:
- Quzanlıda aparılan qazıntılarda isə yerin altından vopşe heç nə çıxmayıb. Bu o deməkdi ki, ağdamlılar hələ o vaxtdan mobil telefonun nə olduğunu biliblər.

***

Mahir Qarayev küçədə şair dostu ilə qarşılaşır.
- Mahir, Azərbaycanın ən yaxşı şairi seçilməyin münasibətilə səni təbrik edirəm.
Kəramət Böyükçöl
Kəramət Böyükçöl
Getdim, sənin son kitabını aldım. Heyran oldum. Üslubu, janrı, qafiyələri hamısı yerində.
Mahir Qarayev köks ötürür:
- Aaa, deməli, o kitabı alan sən olmusan?..

***

Kəramət Böyükçöl:

Gecə meşəylə gedirdim... elə bir şaxta vardı ki, adamın iliyinə işləyirdi, birdən bir maşın gördüm, içərisinə baxdım ki, heç kim yoxdu, qapını açıb arxa oturacaqda əyləşdim, dedim bir az qızınım. Bir az oturmuşdum ki, maşın tərpəndi. Sükan arxasında isə heç kim yoxdu... canıma vəlvələ düşdü... ağacların budaqları gözümə cin-şeytan kimi görünürdü... Maşınsa dayanmaq bilmirdi, get-gedə sürətini artırırdı. Dedim yəqin çox içməyin zibilləridi, məni qara basır. Meşədən çıxdıq və yaşayış evlərinə yaxınlaşmağa başladıq. Binalardan birinin qabağında dayandıq. Qabaq qapını açıb içəri bir kişi girdi:
- Sən burda neyniyirsən? - deyə soruşdu.
- Meşədən gəlirəm...
- Nə??? Mən də deyirəm, maşını itələmək niyə çətindi.

***

Yazar dostları Elxan Qaraqangilə qonaq gedirlər.
O, bəzi kitabları rəflərdən çıxarıb şkafda gizlətməyə başlayır.
Evdəkilər:
- Qorxursan, oğurlayarlar?
E.Qaraqan:
- Yox, duyuq düşə bilərlər.

ardı aprelin 1-də
XS
SM
MD
LG