Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:11

Gülər Əhmədovanın vəkili aralarında narazılıq olmadığını deyir


Gülər Əhmədova

Gülər Əhmədova

"Gülər Əhmədovanın müdafiəsindən çəkilməyimlə bağlı bəzi mətbuat orqanlarında yazılan məlumatlar tamamilə əsassızdır”.

Bunu APA-ya açıqlamasında hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın vəkili Eldar Qədimi deyib.

O Gülər Əhmədova ilə münasibətlərinin normal olduğunu deyir:
“Yazırlar ki, guya qonorarımı vermədiyi üçün onun müdafiəsindən çəkilirəm. Amma belə şey yoxdur. Münasibətlərimiz normaldır və aramızda elə bir narazılıq yoxdur. Mətbuat nümayəndələrindən xahiş edirəm ki, qeyr-dəqiq məlumatlar yazıb insanları aldatmasınlar”.

Gülər Əhmədovanın hüquqlarını E. Qədimi ilə yanaşı, vəkil Raqif Mustafayev də müdafiə edir.

O keçmiş rektor Elşad Abdullayevin yaydığı videogörüntülərdən sonra saxlanıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
O dələduzluq yolu ilə pul qoparmaqda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG