Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:04
-

Rejissor Seyran Mahmudoğlunun «Neftin adamı» sənədli filmi mart ayında iki beynəlxalq festivalda iştirak edəcək.

Xəbəri AzadlıqRadiosuna filmin rejissoru verib.

14-24 mart tarixində Türkiyədə keçirilən 24-cü Ankara Beynəlxalq Film Festivalının Dünya Sənədli Filmləri bölümündə nümayiş olunacaq «Neftin adamı» filmi ilə yanaşı, festivalda Azərbaycanı rejissor Şamil Əliyevin «Çölçü» bədii filmi də təmsil edəcək.

Ankara Beynəlxalq Film Festivalı 1988-ci ildən keçirilir. Festival bu il Şərqi hədəf alan filmlərə qucaq açıb. Festivalda Pakistan, Tunis, Qazaxıstan, İraq, Qırğızıstan, Özbəkistan və s. ölkələrdən gələn filmlər göstəriləcək.

Xəbərdə bildirilir ki, «Neftin adamı» martın 22-28-də Ukraynada keçiriləcək Docudays UA Beynəlxalq Film Festivalında da iştirak edəcək.

Festivalda Almaniya, Xorvatiya, Şotlandiya, Polşa, Rusiya, İtaliya və s. ölkələrdən olan filmlər nümayiş olunacaq.

«Neftin adamı» sənədli filmi Azərbaycan neftini fərqli prizmadan təqdim edir.

Filmin qəhrəmanı neftdən pul qazanan, lakin maqnat olmayan, əyləncə üçün yox, müalicə olunmaq üçün neft vannası qəbul edən biridir.

Onun əllərindən neft damır. Neft onun həyatına hər tərəfdən axır...

«Neftin adamı» filminin rəssamı Sabir Çopuroğludur.

Filmin prodüserləri Seyran Mahmudoğlu, Esmira Əyyub, rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifi Esmira Əyyub, quruluşçu operatoru Əli Sultanov, səs rejissoru Elşən Aslanov, rəng tərtibatı İbrahim Kərim, dizayneri Kseniya Diadorovadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG