Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:19
Bir neçə gün əvvəl Azərbaycan tərəfə keçmiş 2 erməni sakini bu gün Ermənistan tərəfə qaytarılıb.

Bu barədə APA-a agentliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə istinadla xəbər verir.

Məlumatı APA-ya əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Firudin Sadıqov da təsdiqləyib.

O, əsirlərin Qazax rayonu Bala Cəfərli kəndi ərazisində verildiyini və prosesin insidentsiz keçdiyini deyib.

Qeyd edək ki, Ermənistanın Noyemberyan rayon sakini Karyan Durmuş Sarkisoviç martın 16-sı, İcevan rayon sakini Arakelyan Anahid Hamazasovna isə martın 17-də Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən saxlanmışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG