Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:34

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-

«Şərq Qapısı» - 20 mart 2013

NOVRUZ BAYRAMININ AZƏRBAYCANDA DÖVLƏT SƏVİYYƏSİNDƏ QEYD OLUNMASI ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

Ulu öndər Heydər Əliyev: Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçib. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin illər yaşayıblar. Ancaq bunlara baxmayaraq, Novruz bayramını heç kəs heç vaxt unutmayıb. Əksinə, Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır.

Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə üzərinə «dini bayram» damğası vurulub, qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın, uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu, o vaxt ölkəmizin rəhbəri seçilən ümummilli lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, cahanşümul mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi.

NOVRUZ SEHRİ

Sayların mənalandırılması. Yazın ilk dörd gününə «sınaqlı günlər» deyilib. Birinci gün yazdan, ikinci yaydan, üçüncü payızdan, dördüncü qışdan hesab olunur. Novruz «hesab-kitabında» yeddi yenə də hökm-fərmandır. Ordubadda axır çərşənbəyə «yeddiləvin» deyilir. Ən maraqlısı, həmişə nəhs hesab olunan on üç rəqəminin də Novruzda «könlünün alınmasıdır». Naxçıvanın bəzi kəndlərində «ilin on üçü» keçirilir. «İlin on üçü» ilə bağlı iki fərqli informasiya:

Bu olur Novruzdan on iki gün keçəndə, yəni on üç deyən günün səhərində. Kəndin qız-gəlini yığışır bir həyətə, hər kəs də özü ilə bir şey gətirir onun süfrəsini hazırlamağa. Oxuyurlar, çalıb-oynayırlar. On üç yeməyində mütləq əriştə də var. Odur ki, deyərlər:

Əriştə
Yaz gəldi –
İşdə, gücdə...

Yeməkdən sonra hərə gedər öz bağçasına. Bayramdan qalmış səmənilər o vaxta saralıb-solur. Onları çox yerdə atarlar suya. Bizdə atmazlar, qız-gəlin aparar qoyar bağçada torpağın üstünə. Həmin gün qadınlar evə od gətirər, kişilər odun.
Bayramdan on iki gün sonra arvadlı-kişili, oğullu-uşaqlı yığışarlar bir çayın qırağına. Buna da deyələr «ilin on üçü». Yeyib-içərlər. Kim də istəyər, orda yalan danışar. Gün dönəndə yalan danışanlar əllərini çay suyunda yuyub deyərlər:

– Bu yalanların hamısını axıtdıq suya. Bununla da, yalan danışmaq qurtardı.
XS
SM
MD
LG