Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:02

Ödənişsiz təhsil təklifi


«Azərbaycanın bu günə olan iqtisadi qüdrətini, imkanlarını nəzərə alaraq, dövlət ali təhsil müəssisələrində ödənişli təhsili ləğv etmək olar və ya təhsil haqqını simvolik həddə qədər azaltmaq olar».

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib. Deputat bunun üçün kifayət qədər əsasların olduğunu vurğulayıb.

«Bəzi hallarda qiyməti aşağı olan tələbələr bir dəfə qəbul imtahanında qazandığı uğura görə bütün tədris dövrünü ödənişsiz təhsil alır. Qiymətləri yaxşı və əla olan tələbələr isə ödənişli əsasda oxuyur ki, bu da ədalətsizlikdir», deputat qeyd edib.

İbrahimqızı digər səbəb kimi Azərbaycanda ali məktəbə ödənişli əsasla qəbul olunan şəxslərin sonradan xarici ali təhsil müəssisələrində ödənişsiz təhsil hüququ almasını göstərib.

«Belə olan təqdirdə tələbələr təhsil almaq üçün xaricə üz tuturlar. Biz onlara Azərbaycanda təhsil almaq üçün şərait yaratmalıyıq», deputat deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG