Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:50

Avropa Birliyi Kiprə xəbərdarlıq edib


Foto arxiv
Foto arxiv
Kiprin siyasi liderləri təcili beynəlxalq maliyyə yardımı almaq üçün yeni plan hazırlamağa çalışırlar.

Parlament dünən əmanətlərə vergi tətbiq edilməsi ilə bağlı beynəlxalq kreditçilərin əsas tələbini rədd edib.

Almaniyanın maliyyə naziri Voilfqanq Şoyble ( Wolfgang Schaeuble ) məsələyə münasibət bildirərkən deyib ki, əgər yaxın vaxtlarda qərar qəbul edilməsə, Kipr bankları bir daha açılmaya bilər.

Nikosiyanın hazırda nəzərdən keçirdiyi variantlardan biri Rusiyadan maliyyə dəstəyi almaqdır.
Ölkənin maliyyə naziri Mikhalis Sarris bu gün Moskvada rusiyalı həmkarı Anton Siluanovla danışıqlar aparır.

Kipr əmanətlərə vergi tətbiq etmək əvəzində iflasdan qaçmaq üçün Beynəlxalq Valyuta Fondu və Avropa Birliyindən 10 milyard avro kredit almalı idi.
XS
SM
MD
LG