Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:24
-

Martın 20-si saat 15.02 radələrində bahar fəsli Azərbaycana gəldi. Odur ki, martın 20-si Azərbaycanda Novruz bayramının axşamı, martın 21-i isə bayram günü hesab olunur.

Novruz bayramı ilə bağlı martın 20-dən 28-dək qeyri iş günüdür.

Novruz yazın gəlişinin simvoludur, «yeni gün» mənasını verir.

Bayramla əlaqədar bu gündən İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi Novruz bayramı şənlikləri keçirir. Bayram festivalı günlərində Qoşa Qala Qapısı Meydanında «Meydan Bazarı» təşkil olunacaq. Festivalda milli tətbiqi sənət məhsulları və suvenirlərin satış sərgisi təşkil ediləcək. Milli mətbəx nümayiş olunacaq.

Konsert proqramı çərçivəsində kəndirbazlar, sehrbazlar, pəhləvanlar çıxış edəcək. Kosa və Keçəl başda olmaqla bütün bədii tarixi personajlar çıxış edəcək.

Novruz bayramı 2009-cu ildən UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu ildə isə BMT martın 21-ni «Beynəlxalq Novruz Günü» elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG