Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:30
-

«Qaynar xətt»ə zəng edən Qəbələnin Tikanlı kənd sakinlərinin giley-güzarı bitib-tükənmək bilmir. Deyirlər, bu kəndə gələn qonaq-qara bir də ayaq basmaq istəmir.

«Çayın üzərində körpü olmadığına görə rayon mərkəzinə gediş-gəliş çətindir. 7 kəndin sakinləri bu çayın üstündən keçib gedirlər. Çayın bu tərəfindən o tərəfinə keçmək üçün üstünə taxta parçası, dəmir boru atırıq. Təkcə bizim kəndin 3 minə yaxın sakini var. O biri kəndlərin də sakinlərini nəzərə alsaq, indi gör bu çayın üzərindən gün ərzində nə qədər gediş-gəliş olur», bunu kənd sakini Elsevər Qurbanov deyir.

Başqa sakin Vidadi Kazımov isə kənddə məscidin olmamasından şikayət edir:

«İnanclılar bayram namazını kənd məktəbinin idman zalında qılır».

Müsahibim həm də yollardan və kənddəki inzibati binalardan gileylənir:

«PALÇIQ DİZDƏN OLUR...»

«Yollar pis gündədir. Payız, qış gəldi, küçəyə çıxılası deyil. Çünki palçıq dizdən olur. Uşaqları da məktəbə buraxmırıq. Uşaq bağçasının, məktəbin binası dağılıb gedir. Mədəniyyət evinin qapısının açıq vaxtını sonuncu dəfə nə vaxt görmüşüksə, artıq unutmuşuq. Uzun illərdir ki, bərbad vəziyyətdə və qapısı qıfıllıdır. Hətta kənd icra nümayəndəliyinin öz binası da quş damına oxşayır».

Qəbələ rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, problemlər içərisində üzən bu kənd Tikanlıçay və Qaraçayın arasında yerləşir. Kənddə iki məktəb və bir uşaq bağçası var. Qəbələnin ətraf kəndlərinin abadlaşdırılması planına uyğun olaraq, kəndlər növbəli qaydada abad edilir. Tikanlıçayın da yollarının, kənddəki inzibati binaların təmiri, qaz, su, işıq xətlərinin yenilənməsi nəzərdə tutulsa da tikanlıçaylıları bu yaxınlarda sevindirmək mümkün olmayacaq. Çünki növbədə Tikanlıçaydan əvvəl hələ başqa kəndlər var.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG