Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Franz Kafka. İcma


Praqada Kafkaya abidə
Praqada Kafkaya abidə
-

(Musa Əfəndinin tərcüməsi)

Biz beş yoldaşıq;

günlərin birində bir evdən dalbadal çıxdıq;

əvvəlcə - birinci çıxdı və darvazanın yanında dayandı,

sonra - ikinci çıxdı, daha doğrusu, xırda civə parçası kimi diyirlənə-yuvarlana özünü darvazaya çatdırıb birincinin yanında özünə yer elədi,

sonra - üçüncü gəldi,

daha sonra - dördüncü,

lap axırda da - beşinci çıxdı.

Sonra hamımız bir cərgədə dayandıq. İnsanların diqqətini cəlb etməyə başladıq; bizi barmaqla göstərib “bu beş nəfər həmin o evdən çıxdı” dedilər.

O vaxtdan bəri biz bir yerdə yaşayırıq; əgər altıncı gəlib bizi təngə gətirməsəydi, bu rahat həyatımızı yaşamağa davam edəcəkdik.

Onun bizə heç bir pisliyi dəymir, amma yenə də zəhləmizi tökür və bizi çox narahat edir; axı niyə özünü çağrılmamış yerə dürtür?

Biz onu tanımırıq və bizə qoşulmağını istəmirik.

Əlbəttə, bir vaxtlar biz beşimiz də bir-birimizi tanımırdıq, düzü, elə indi də çox yaxından tanımırıq, amma beş nəfər üçün mümkün və dözülə bilən şeylər altıncı üçün mümkün və dözülə bilən olmaya bilər.

Hər halda biz beş nəfərik və sayımızın altı olmağını istəmirik.

Həmişə birlikdə olmağın mənası nədir ki?

Bunun beşimiz üçün də heç bir mənası yoxdur, amma yenə də biz bir yerdəyik və belə də qalacağıq, digər tərəfdən də təcrübəmizə əsaslanaraq yeni əlaqə istəmirik.

Bunu altıncıya necə başa salasan axı?

Bunu uzun-uzadı izah etsəydik, altıncını da qəbul etməli olacaqdıq deyə, heç bir izahat verməməyə, onu sıramıza qatmamağa üstünlük verdik.

O dodağını nə qədər sallayır-sallasın, dirsəyimizlə onu itələyirik, amma nə qədər özümüzdən uzaqlaşdırsaq da, yenə gəlir...


("İcma" hekayəsinə çəkilmiş cizgi filmini izlə)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG