Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:32

Ankarada 2 silahı basqın olub


Ötən gün gecə Türkiyənin paytaxtı Ankarada eyni vaxtda 2 silahı basqın olub.

Ədliyyə Nazirliyinin girişinə və avtodayanacağına əl bombası atılıb. Hadisə zamanı bir nəfər yüngül xəsarət alıb.

Basqınçılardan biri Ədliyyə Nazirliyinin təhlükəsizlik kameralarına tuş gəlib. O, əl bombasını təyin edilən yerlərə atıb və ərazidən qaçaraq uzaqlaşıb.

Polis ərazidə olan 19 nəfərin ifadəsini almaq üçün saxlayıb.

Bu olayla eyni zamanda Ədalət və İnkişaf Partiyasının mərkəzi binasına odlu silahla basqın edilib.

Hadisənin ardından bina ətrafında təhlükəsizlik xidməti gücləndirilib. Olaylarla bağlı məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
XS
SM
MD
LG