Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 03:57

Rəhim Qazıyev sərbəst buraxıldı [Yenilənib]


Rəhim Qazıyev: «Prezidentə məktub yazdığıma görə...»
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

Rəhim Qazıyev: «Prezidentə məktub yazdığıma görə...»

-

Martın 19-da naməlum şəxslər keçmiş müdafiə naziri Rəhim Qazıyevi saxlayıb. O, gecə saatlarında sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosuna özü məlumat verib:

«Mən dünən evdən çıxıb, AzadlıqRadiosunun «İşdən Sonra» verilişinə gəlirdim. Elə evdən bir az aralanmışdım ki, 4 nəfər maskalı şəxs məni arxadan tutdu, özlərini təqdim etmədən qamarlayıb basdılar maşına. Başıma qara torba keçirdilər, özümü də uzandırdılar yerə. Bir də torbanı çıxaranda gördüm ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəyəm».

Rəhim Qazıyevlə 1-2 saat söhbətdən sonra saxlanılma səbəbinin polisə tabe olmaması ilə əsaslandırıblar:

«Mənə dedilər ki, polisə tabe olmamışam. Harada idi o polis? Nə vaxt mənim evimə gəldilər, nə vaxt məni polisə dəvət etdilər mən getmədim. Saxlayanda da heç olmasa demədilər ki, siz bizimlə getməlisiniz. Məni bu üsulla aparmaqla nə demək istəyirlər, nədən gözümü qorxutmaq istəyirlər? 70 yaşım var. Gözümün odunu ala bilsəydilər, vaxtında alardılar».

Rəhim Qazıyev saxlanılmasını bir neçə gün öncə prezidentə ünvanladığı açıq məktubla əlaqələndirir. Eyni zamanda ailəsinin təhlükəsizliyindən də narahat olduğunu bildirir:

«Mən prezidentə təhqir yazmamışam, açıq məktub yazmışam. Bir vətəndaş kimi arzularımı bildirmişəm. Bu gün yol gedərkən başıma torba salıb aparırlarsa, sabah başqa şeylər də ola bilər. Özümün və ailəmin təhlükəsizliyinin təmin edilməsi üçün prezidentə, Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirinə məktub yollayacam».

DİN-in mətbuat xidməti AzadlıqRadiosuna məsəldən məlumatsız olduğunu bildirir.

YEGANƏ ÇIXIŞ YOLU...

R. Qazıyevin martın 18-də prezidentə yazdığı açıq məktubda deyilirdi ki, siz həm bir kişi, həm də dövlət başçısı kimi verdiyiniz sözün üstündə durmağa həm məcbur, həm də məhkumsunuz:

«Unutma ki, sən yalnızca onun oğlusan, Heydər Əliyev deyilsən və ola da bilməzsən. Unutma ki, ətrafındakı, artıq balinaya, akulaya çevrilmiş, oliqarx məmurlar, nazirlər, icra başçıları və digərləri, sənin üçün çox qısa zamanda ən dəhşətli, qəddar və amansız müxalif qüvvəyə çevriləcəklər. Bu zaman çox da uzaqda deyil. İlham Əliyev, sənin yeganə çıxış yolun, haqqa üz tutub, illərdi Heydər Əliyevin və sənin bilərəkdən və ya bilməyərəkdən çox ağır zülmlər etdiyiniz, pisliyi çox tez unudan, kiçicik bir yaxşılığı şişirdib, qat-qat dəyərləndirən, artıq on ilə yaxın bir müddətdə başçısı olduğunuz xalqdan üzr istəyib, ona arxalanmaqdır».

Məktubda daha sonra qeyd edilir ki, hər bir ölən əsgəri prezident doğma övladı kimi təsəvvür etsin:

«Bir anlığa da olsa, təsəvvür edin ki, döyülərək öldürülüb tabutda villanıza gətirilən əsgər, sizin doğma balanız Heydər İlham oğlu Əliyevdir. Siz, İlham və Mehriban Əliyevlər, əlinizdən heç nə gəlməyən adi bir vətəndaşlardan biri olaraq, nə vəziyyətə düşərsiniz və bu cinayətin qarşısını almalı olan prezident - Ali Baş Komandan barəsində nə düşünərsiniz və fəryadlar içində ona da, balanızın qatillərinə də Uca Allahdan hansı cəza verilməsini diləyərsiniz?! Oysa, illərdi ki, qətlə yetirilən, öldürülən, müəmmalı şəkildə canlarına guya qəsd edən hər bir əsgərin faciəsini öz doğma balanızın faciəsi kimi qəbul etmək mükəlləfliyiniz olduğunu da sizə xatırlatmağı vacib sayıram...».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG