Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:45

Suyriya rejimi üsyançıları kimyəvi hücumda günahlandırır


Foto arxival-Bikhtiyar, 13Mar2013

Foto arxival-Bikhtiyar, 13Mar2013

Suriya rejimi müxalifət qüvvələrini kimyəvi silah işlətməkdə ittiham edir.

Dövlət kütləvi informasiya vasitələri bu gün Hələb şəhərində edilən bu kimyəvi hücumda 15 nəfərin öldüyü və bunların əksəriyyətinin mülki sakinlər olduğu xəbər verirlər.

Suriya Milli Koalisiyasının rəhbəri Moaz al Khatib bu gün İstanbul görüşündə məlumata münasibət bildirərkən hazırda bu məlumatın araşdırıldığını və kimliyindən aslı aslı olmayaraq bu cür hücumlara qarşı olduqlarını deyib.

Suriya müxalifət koalisiyasının bu gün İstanbulda keçirilən iclasında Hassan Hitto müxalifətin yaratdığı hökumətin başçısı seçilib.

Artıq onlarla hökumət və bir çox beynəlxalq təşkilat müxalifətinin yaratdığı milli kolaisiyanı Suriya xalqının legitim təmsilçisi kimi tanıyır.

BMT-nin məlumatına görə, 2 ildən artıqdır ki, davam edən Suriya münaqişəsində 70 minədək adam ölüb, milyona yaxın adam qaçqın düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG