Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:25

Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitsky-nin yaxınları onun ölümü ilə bağlı cinayət işinin dayandırılmasından şikayət vermək fikrindədirlər.

Bunu Magnitskynin anasının vəkili Sergei Gorokhov Rusiya İstintaq Komitəsinin qərarına münasibət bildirərkən deyib.

Komitə istintaq təcridxanasında Sergei Maqnitsky-yə qarşı heç bir təzyiq, fiziki güc, zorakılıq və ya işgəncə tətbiq edilmədiyini və onun ürək tutmasından öldüyünü bildirib.

Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb. Hermitage Capital fondu hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG