Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:53

Suriya müxalifəti baş nazirini seçdi


 Ghassan Hitto
Ghassan Hitto
Ghassan Hitto Suriya müxalifətinin yaratdığı müvəqqəti hökumətin başçısı seçilib.

Bunu müxalifət koalisiyasının üzvü Ahmad Marvan bu gün İstanbulda keçirilən ikigünlük iclasında səsvermədən sonra bəyan edib.

Baş nazirlik uğrunda 12 namizəd mübarizə aparırdı.
Yeni hökumət müxalifət qüvvələrinin nəzarətində olan rayonları idarə edəcək.
Artıq onlarla hökumət və bir çox beynəlxalq təşkilat müxalifətinin yaratdığı milli kolaisiyanı Suriya xalqının legitim təmsilçisi kimi tanıyır.

BMT-nin məlumatına görə, 2 ildən artıqdır ki, davam edən Suriya münaqişəsində 70 minədək adam ölüb, milyona yaxın adam qaçqın düşüb.
XS
SM
MD
LG