Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:41

İstanbulda «Mahmud və Məryəm» filmi təqdim olunub


«Mahmud və Məryəm»
«Mahmud və Məryəm»
-
«Eşq mənəvi təmizlik istəyir. Mənəvi təmizlik isə bütün dinlərdə vardır».

Bu sözləri Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə istehsalı olan «Mahmud və Məryəm» filminin təqdimatında yazıçı Elçin səsləndirib.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi yayıb.

İstanbuldakı Lütfi Kırdar Konqres Mərkəzində baş tutan təqdimatda iştirak edən xalq yazıçısı jurnalistlərə müsahibəsində bildirib ki, bu gün onun üçün çox xoş gündür.

31 il əvvəl qələmə aldığı romanın ekran həyatına qovuşmasından məmnunluğunu ifadə edən yazıçı deyib:

«Romanda ələ aldığım məsələlər öz aktuallığını qoruyur».

Yazıçı vurğulayıb ki, filmin Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə işi olması onun üçün xüsusi bir məna daşıyır:

«Bu film Ana Vətənim ilə Ana Vətənim kimi sevdiyim Türkiyə tərəfindən müştərək çəkilmişdir. Onun premyerasının çox sevdiyim bir şəhər olan İstanbulda keçirilməsi də mənim üçün çox anlamlıdır».

Bir jurnalistin filmin süjet xətti ilə bağlı sualını da cavablandıran xalq yazıçısı bildirib ki, eşq din tanımır:

«Eşq mənəvi təmizlik istəyir. Mənəvi təmizlik isə bütün dinlərdə vardır».

Xəbərdə bildirilir ki, filmin İstanbul təqdimatında Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Özgür Özaslan, Azərbaycanın Türkiyədəki baş konsulluğu və ictimaiyyətin nümayəndələri, ssenari müəllifləri Yerkan Kahraman və Eşref Dinçer, quruluşçu rejissor Mehmet Ada Öztekin, aktyorlar Eva Dedova, Aras Bulut İynemli, Fəxrəddin Manafov, Tomris İncer, Cemal Hünal, Kristina Krepela, Mehmet Çevik, Polat Bilgin iştirak edib.

«Mahmud və Məryəm» filmi martın 22-dən Türkiyənin kinoteatrlarında nümayiş etdiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG