Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:09
Bu gün Vatikanda yeni Roma papası Francisin andiçmə mərasimi keçirilib.

Papa səhər üstuaçıq maşınla dünyanın müxtəlif yerlərindən Peter kilsəsinin meydanına yığışan zəvvarların arasından keçib.

Mərasimdə İstanbuldan Konstantinopol pravoslav kilsəsinin yepiskopu partiarx I Varfolomey də (Bartholomew ) iştirak edib.
Bu 1054-cü ildə xristian kilsəsinin dağılmasından sonra pravoslav yepiskopun katolik rəhbərinin andiçmə mərasimində ilk iştirakıdır.

ABŞ-ın vitse-prezidenti Johe Biden, Argentina prezidenti Cristina Kirchner və Almaniyanın kansleri Angela Merkel də mərasimdə iştirak ediblər.

Frencis Cənubi Amerikadan və yezuit olan ilk Romama papasıdır.
O bu posta martın 13-də seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG