Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:30

Metro partlayışından 19 il ötür


1994-cü il martın 19-u saat 13:00-da Bakı metrosunun «20 yanvar» stansiyasında partlayış olub. Hadisə qatarların stansiyada dayandığı zaman baş verib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.

Həlak olanların arasında Azərbaycanın xalq artisti Rafiq Babayev da olub.

İstintaq hadisənin Ermənistanda xüsusi xidmət orqanlarında təlim keçən «Sadval» separatçı təşkilatının üzvləri tərəfindən törədildiyi barədə məlumat yayıb.

Bakı metrosunda ikincisi partlayış isə 1994-cü il iyulun 3-ü «28 May» və «Gənclik» stansiyalarının arasında baş verib. Bu zaman 13 nəfər həlak olub, 58 nəfər yaralanıb.
Terror aktının icrasında və təşkilində iştiraka görə, 11 nəfər həbs olunub.

Məhkəmə iki nəfər barəsində güllələnmə hökmü çıxarıb, digərləri isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG