Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:32
-

"Qələm" nəşriyyatı yazıçı Elçin Hüseynbəylinin "Şah Abbas" romanını yeni format və dizaynda çap edib.

1000 nüsxə ilə çap edilən roman aprel ayından Bakının kitab dükanlarında satışda olacaq.

Roman xronika janrında yazılıb və "Qızılbaş aslanı" ləqəbi verilmiş Şah Abbasın iştirak etdiyi döyüşlərdən, onun Avropa ölkələri ilə diplomatik əlaqələrindən, təğyiri-libas olub el-obanı gəzməsindən, eləcə də səfərlərindən bəhs edir.

Böyük sufinin baş vəziri Hətəm xanın vətəni Ordubada, eləcə də Əylisə səfəri və burada erməni məlikləriylə görüşünə də əsərdə yer ayrılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG