Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:02
-
Novruz bayramı ilə bağlı İran Astarasının gömrüyündə yeni qayda qoyulub.

Martın 18-dən etibarən bayram günlərində piyada keçiddən istifadə edənlər İrandan istənilən ərzaq və kənd təsərrüfatı məhsulları gətirə bilərlər.

Bunu AzadlıqRadiosuna sərhədyanı ticarətlə məşğul olan Astara rayon sakini Hacı Fayıq Cəfərov deyib.

Onun sözlərinə görə, martın 18-də İranın Astara gömrüyündə Azərbaycan vətəndaşlarına bildiriblər ki, narkotikdən, qadağan edilmiş təhlükəli mallardan başqa nə istəyirlər özləri ilə apara bilərlər.

Bundan əvvəl İran tərəfi şəkər, un, düyü kimi zəruri ərzaq məhsullarının ölkədən çıxarılmasını qadağan etmişdi.

Şərhləri göstər

XS
SM
MD
LG