Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:46

«Azərbaycan prezident aparatı ilə Zuğulba arasındakı yoldan ibarət deyil»


Mətbuat
Mətbuat
-

AZƏRBAYCAN PREZİDENT APARATI İLƏ ZUĞULBA ARASINDAKI YOLDAN İBARƏT DEYİL

«Hakimiyyət çökür, ona görə bu cür təlaşdadırlar». Bunu hüquqşünas Aslan İsmayılov «Azadlıq» qəzetinə müsahibəsində deyib. Hüquqşünasa görə, «hər bir həbs bu hakimiyyətin sonunu yaxınlaşdırır».

Aslan İsmayılov hesab edir ki, 20 milyard büdcəsi olan ölkənin kəndlərində insanlar acınacaqlı şəraitdə yaşamamalıdırlar.

«Bu gün prezident də başda olmaqla hamısı anlamalıdır ki, Azərbaycan adlı məmləkət prezident aparatı ilə Zuğulbada yerləşən bağlar arasındakı yoldan ibarət deyil. O yolu mühasirəyə almış hasarın o tərəfi də var. Azərbaycanın Lerik, Qusar, Qazax, Ağstafa rayonu var, ac-yalavac Saatlı, Sabirabad, Kürdəmir var».

RAYONLARA AYRILAN MİLYONLAR

«Bizim yol» rayonların ildən-ilə artan büdcə asılılığından yazır. Qəzetə görə, 2013-cü ildə cari xərclər üzrə regionlara ümumilikdə 815,5 milyon (1 milyard dolardan artıq) manat ayrılıb. Halbuki ötən il bu rəqəm 791 milyon manat olub».

Qəzet bundan başqa eyni rayonlara Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldığını yada salır:

«Amma bu qədər pullar kəndlərimizin inkişafına təkan verə bilmir».

RƏSMİ QƏZETİN İSA QƏMBƏRƏ İSTİNADI

«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycanda bəzi siyasi partiyaların xarici dövlətlərə işlədiyini söyləyən İsa Qəmbər vəziyyəti gərginləşdirdi».

Qəzetə görə, Müsavat başqanı İsa Qəmbərin son açıqlamasını indiyədək politoloqların bu barədə söylədikləri fikirləri bir daha təsdiq edir:

«Tam aydın olur ki, həmin qüvvələr xarici dövlətlərin ölkəmizdəki «beşinci kolon»una çeviriliblər».

GƏNCLƏR UĞRUNDA MÜBARİZƏ

«Yeni Müsavat» qəzeti gənclər uğrunda siyasi mübarizə getdiyini yazır. Gənclərin fəallaşmasını təbii sayan qəzet qeyd edir ki, artıq elə bir gənclik formalaşıb ki, onları AzTV və Lider kanalı ilə tərbiyə etmək olmur.

«Yəni informasiya texnologiyaları o qədər inkişaf edib ki, yeni gəncliyə hakimiyyətin köhnə təbliğat üsulları təsir göstərə bilmir. ...son vaxtlar müşahidə edilən proseslərdən açıq görünür ki, gənclər əsas qüvvəyə çevrilməkdədir. Gənclərin mübarizəyə qalxması gəncləri öz ətrafına yığmaq uğrunda mübarizəyə səbəb olub».

400-DƏN ÇOXU BÖYÜK BRİTANİYANIN PAYINA DÜŞÜR

«Yeni Azərbaycan» qəzeti Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələrdən yazır. Qəzetin yazdığına görə, «hazırda Azərbaycanda 170-ə qədər böyük, orta və kiçik Britaniya şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin əksər hissəsi neft və qaz sahəsində fəaliyyət göstərsə də, bu əməkdaşlıq son illərdə pərakəndə satış, informasiya texnologiyaları, layihələrin idarəolunması, maliyyə-bank xidmətləri və kənd təsərrüfatı kimi sahələrə doğru genişlənir».

Qəzet qeyd edir ki, dövlət yardımı ilə dünyanın 27 ölkəsində təhsil alan 2 minə yaxın tələbənin 400-dən çoxu Britaniya ali məktəblərində təhsil alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG