Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:19

Martın 31-dən Azərbaycan yay vaxtına keçir


Mart ayının 31-dən Azərbaycanda yay vaxtına keçiləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, həmin gün saat 4.00-da saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.

Nazirlər Kabinetinin qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
XS
SM
MD
LG