Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:15

Bu gün sonuncu - İlaxır çərşənbədir


Arxiv foto
Arxiv foto
-

Martın 19-u sonuncu - İlaxır çərşənbədir. Bu çərşənbəyə xalq arasında İlaxır Çərşənbə ilə yanaşı, «Yer Çərşənbəsi» və ya «Torpaq çərşənbəsi» də deyirlər.

İnanclara görə «Torpaq Çərşənbəsi»ndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

İlaxır Çərşənbə 4 çərşənbənin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır.

Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd olunur.

Bu arada Bakı Şəhər İcra Hakimiyyəti Novruz Bayramı münasibətilə martın 19-da saat 19:45-də Milli Parkda atəşfəşanlıq təşkil edəcək.

Bu il bahar fəsli Azərbaycana martın 20-si saat 15.02 radələrində qədəm qoyacaq.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından məlumat veriblər.

İÇƏRİŞƏHƏRDƏ BAYRAM ŞƏNLİKLƏRİ...

Martın 20-dən 23-ə qədər İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi Novruz bayramı şənlikləri keçirəcək.

İdarənin yaydığı məlumatda deyilir ki, bayram festivalı günlərində Qoşa Qala Qapısı Meydanında «Meydan Bazarı» təşkil olunacaq. Festivalda milli tətbiqi sənət məhsulları və suvenirlərin satış sərgisini təşkil edəcək. Milli mətbəx nümayiş olunacaq.

Konsert proqramı çərçivəsində kəndirbazlar, sehrbazlar, pəhləvanlar çıxış edəcək. Kosa və Keçəl başda olmaqla bütün bədii tarixi personajlar çıxış edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG