Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:44

İran Xəzərə raket əleyhinə hərbi gəmisini çıxarır


İran Xəzər dənizində yeni esminesi – raket əleyhinə “Jamaran-2” gəmisinin Ənzəli limanında təqdimat mərasimini keçirib.

Mərasimdə İranın özündə düzələn bu gəmi haqda ölkə prezidenti Mahmud Ahmedinejad deyib ki, yeni gəmi regionda sülh və dostluğa xidmət edir, ancaq kim qonşu ölkələrin təhlükəsizliyinə təcavüz etsə, bu gəmi ilə üz-üzə gələcək. Ahmedinejad bunu deyərkən kimi nəzərdə tutduğunu deməyib.

Dövlət televiziyası yeni gəmini İranın Xəzərdə ilk güclü hərbi mövcudluğu adlandırıb.

1400 tonluq gəminin üstündə helikopter üçün meydança var. Gəminin uzunluğu 94 metrdir.

Gəminin silahları arasında dəniz-dəniz və dəniz-hava növlü raketlər var.

Gəmi həmçinin təyyarə əleyhinə top batareyası, müasir radarla silahlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG