Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:02

Gérard Depardieu «Leyli»ni gördü


«Leyli və Məcnun» film-operasının premyerası
«Leyli və Məcnun» film-operasının premyerası
-
Martın 17-də Nizami Kino Mərkəzində «Muğam aləmi» III Beynəlxalq Muğam Festivalı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılmış «Leyli və Məcnun» film-operasının premyerası keçirilib.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, məşhur fransız aktyoru Gérard Depardieu və kinoprodüser Arnaud Frilley də iştirak edib.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Üzeyir Hacıbəylinin eyniadlı operası əsasında çəkilmiş bu ekran əsərinin ssenari müəllifi və rejissoru Mehdi Məmmədovdur.

O, babası - Azərbaycan mədəniyyət tarixində onlarla tamaşaya quruluş verən rejissor Mehdi Məmmədovun, nənəsi-Xalq Artisti Barat Şəkinskayanın, atası - rəssam Elçin Məmmədovun sənət yolunun davamçısıdır. O, «Leyli və Məcnun» filmini babası Mehdi Məmmədova ithaf edib.

Təqdimat mərasimində diqqətə çatdırılıb ki, filmin operatoru Oleg Topoyev, işıq korreksiyası Alexander Lebeshev-dir. Şərq miniatür nümunələri əsasında hazırlanan dekorasiyaların müəllifləri Kərim Şəkinski, Rəşad Ələkbərov, Mehdi Məmmədov və Nəriman Məmmədzadədir.

Film-operada Məcnun rolunu Xalq Artisti Mənsum İbrahimov, Leyli obrazını isə Xalq Artisti Aygün Bayramova canlandırıb.

Onları əməkdar artistlər-tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (dirijor, Xalq Artisti Teymur Göyçayev), Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Rəqs Ansamblı müşayiət edib.

Film-operanın çəkilişləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və «Buta Palace»da aparılıb.

50 dəqiqəlik ekran əsərinin çəkilişləri qısa sürüb.

Layihənin gerçəkləşməsində xalq artistləri Siyavuş Kərimi, Gülbacı İmanova və Afaq Məlikovanın böyük zəhməti olub.

Xəbərdə vurğulanır ki, təqdimat iştirakçıları filmi böyük maraqla izləyiblər.

Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.

Filmi yüksək qiymətləndirən Gérard Depardieu Azərbaycanda keçirilən beynəlxalq muğam festivalının böyük əhəmiyyət daşıdığını və burada musiqiyə olan marağı xüsusi vurğulayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG