Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:32

Pişəvərdə məhkəmə kompleksinə hücum olub


Pakistanın Pişəvər şəhərində məhkəmə binalarına yaraqlıların hücumunda azə 3 adam ölüb, 25-dən çox adam yaralanıb.

Şəhərin polis rəisi İmtiaz Altafın sözlərinə görə, hücumda iki adam iştirak edib. Onlardan biri partlayıcını işə salanda özü də ölüb, digərini isə polis vurub.

Partlayış günorta saatlarında olub. Məhkəmə binaları kompleksində həmin vaxt adətən minlərlə şikayətçi olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG