Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:07

Kipr banklarında pulu olanlar qəzəblənib


Kiprdə hamı banklardan pullarını çıxarır
Kiprdə hamı banklardan pullarını çıxarır
Rusiya prezidenti Vladimir Putinin fikrincə, Kipk banklarına pul qoyanları Kiprin xilas edilməsi işinə məcbur etmək ədalətsizdir, qeyri-peşəkardır və təhlükəlidir.

Prezidentin sözçüsü Dmitri Peskov deyib ki, Putin bunu Kiprdəki vəziyyətylə bağlı xüsusi iclasda deyib.

Yeni vergi təklifi həm Kipr vətəndaşlarına, həm də xaricilərə aiddir. Kipr banklarında 100 min avroya qədər pulu olanlar 6,75 faiz, 100 min avrodan çox pulu olanlar 9,9 faiz vergi verməlidir.

Moody reytinq agentliyinin ehtimalına görə, Kipr banklarında Rusiyanın banklarının və şirkətlərinin 30 milyard dollar pulu var.

Ancaq yeni təklifin qüvvəyə minməsi üçün Kip parlamenti onu qəbul etməlidir. Səsvermə martın 18-də olmalı idi, ancaq bir gün təxirə salındı.

Yeni təklif şənbə günü Kipr hökuməti ilə beynəlxalq borc verənlər arasında danışıqlarda razılaşdırılıb. Beynəlxaql aləm Kiprə 10 milyard avro yardıma razı olub. Kipr 17 milyard istəyirdi.

Reuters agentliyi Kiprdə olan britaniyalılar arasında soröu keçirib. Susan Kearn deyir:

“Mən çərşənbə axşamı banka gedəcəm və bütün pullarımı çıxaracam. Mən burda pul qoymayacam. Mən heç kimə daha etibar etmirəm. Bu, oğurluqdur. Bunlar mənim pullarmı oğurlayırlar”.

Arthur Savage adlı başqa britaniyalı isə hesab edir ki, “bu, leqallaşdırılan oğurluqdur”.

Kiprdə banklarda pulu olan vətəndaşlar bankomatlardan pullarını çıxarırlar. Əvvəlcə hər adam 1000 avroyacan çıxarda bilərdi, sonra bu həddi 600 avro etdilər.
Bununla belə bazar günü axşama bankomatlarda pul qurtardı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG