Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:26

Putin Kiprdəki bank depozitlərinə yeni vergini "təhlükəli" adlandırır


Rusiya prezidenti Vladimir Putinin fikrincə, Kipk banklarına pul qoyanları Kiprin xilas edilməsi işinə məcbur etmək ədalətsizdir, qeyri-peşəkardır və təhlükəlidir.
Prezidentin sözçüsü Dmitri Peskov deyib ki, Putin bunu Kiprdəki vəziyyətylə bağlı xüsusi iclasda deyib.

Yeni vergi təklifi həm Kipr vətəndaşlarına, həm də xaricilərə aiddir. Kipr banklarında 100 min avroya qədər pulu olanlar 6,75 faiz, 100 min avrodan çox pulu olanlar 9,9 faiz vergi verməlidir.
Moody reytinq agentliyinin ehtimalına görə, Kipr banklarında Rusiyanın banklarının və şirkətlərinin 30 milyard dollar pulu var.

Ancaq yeni təklifin qüvvəyə minməsi üçün Kip parlamenti onu qəbul etməlidir. Səsvermə martın 18-də olmalı idi. Ancaq bir gün təxirə salındı.
XS
SM
MD
LG