Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05
-

Bu barədə Gəncə şəhər Dövlət Yanğın Mühafizəsi İdarəsindən məlumat verilib.

Məlumata görə, Atatürk prospekti 197 saylı ünvanda yerləşən Xalça Mahud Kombinatına məxsus yataqxanada yanğın baş verib.

Yanğın 5 mərtəbəli tikilinin 1-ci mərtəbəsindən başlayıb.

Məlumata görə, 57 yaşlı Gülxanım Əhməd qızı Şabanovanın mənzilində İran istehsalı olan kiçik həcmli qaz balonunda sızma baş verib və nəticədə yanğın başlayıb. Alov qısa zaman ərzində ümumi sahəsi 18 kvadratmetr olan 2 otaqlı mənzili bürüyüb və daha sonra yuxarı mərtəbələrə keçib.

Yanğın nəticəsində ciddi xəsarət alan olmayıb, yataqxananın yuxarı mərtəbələrində yaşayan 5 sakin yanğınsöndürənlər tərəfindən pilləkənlər vasitəsilə xilas edilib.
XS
SM
MD
LG