Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:31

Fəhlələr maaşlarının artırılmasını tələb edir


Dövlət Neft Şirkətinə məxsus «Bos Shelf» şirkətində 2000-ə yaxın fəhlə etiraz aksiyasına başlayıb. Bu haqda AzadlıqRadiosuna şirkətdə çalışan fəhlələr məlumat veriblər. Onlar ilk növbədə maaşlarının artırılmasını tələb edirlər.

Dövlət Neft Şirkəti və “Bos Shelf” rəhbərliyinin tətil edən fəhlələrlə danışıqları başlanıb.

İşçilər rəhbərlik qarşısında 5 tələb qoyublar: apreldən maaşların 52 faiz artırılması, maaşların dollarla yox, manatla verilməsi, məzuniyyət haqqının və tibbi sığortanın bərpası. Sonuncu tələbsə onları təhqir edən əcnəbi işçilərin cəzalandırılmasıdır. Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə fəhlələr tətilin aprelin 1-dən davam edəcəyini də bəyan ediblər.

“Bos Shelf”in rəhbəri İxtiyar Axundov deyib ki, bəzi tələblər haqsızdır və onları yerinə yetirmək mümkün deyil. Məsələn, o qısa vaxtda maaşların artırılmasının real saymayıb: “Bu bir günün və ya bir ayın işi deyil. Ona görə də kim maaşın 52 faiz artırılmasını tələb edirsə, aprelin 1-i gözləmədən indidən tətilə başlaya bilər”.

.

Günün bütün mövzuları

XS
SM
MD
LG