Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:15
Yunanıstanlı futbolçu oyun vaxtı nasist salamı verdiyinə görə ömürlük milli komandada oynamaqdan məhrum edilib.

Afinanın AEK klubunun yarımmüdafiəçisi Giorgios Katidis bunu şənbə günü oyunda qələbə qolunu vurarkən edib.

YunanıstanFutbol Federasiyası bunun ciddi fitnəkarlıq və nasizmin qurbanlarına təhqir olduğunu bəyan edib.

21 yaşlı futbolçu buna görə üzr istəyib və bunun mənasını bilmədiyini deyir.
Onun sözlərinə görə o bunla yalnız tribunadakı komanda yoldaşını göstərib.

Klubla Yunanıstan liqası isə ayrıca sanksiyaları nəzərdən keçirir

Günün bütün mövzuları

XS
SM
MD
LG