Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:04

AXCP fəalları azadlığa çıxıb - [Video]


-
Martın 17-də AXCP fəalları Məhəmməd Məcidli və Türkel Əlisoy Binəqədidəki müvəqqəti saxlama təcridxanasında azad olunublar.
Onların hər ikisi martın 10-da Bakıda keçirilən “Əsgər ölümlərinə son” aksiyasında iştiraka görə həbs edilmişdilər.
Məhkəmə onları 7 sutka azadlıqdan məhrum etmişdi.
Türkel Əlizsoy AzadlıqRadiosuna bildirib ki, saxlandıqları gün Səbayel rayon polis idarəsində yeməklə, yataqla təmin olunmayıblar. Təcridxanada isə saxlanma şəraiti normal olub.
Türkel Əlisoy həbsdə olduqları vaxt gənclərin həbs olunması haqqında xəbərdən narahat olduqlarını bildirib:
“Əvvəl üç NİDA-çının həbs olunmasını eşitdik. Sonra Rəşad Həsənovun həbsini eşidəndə çox təəssüfləndik. Azərbaycan hakimiyyətinin gəncləri belə repressiya etməsi çox üzücü haldır. Bu bizi də, Rəşad Həsənovu da, digərlərini də mübarizədən çəkindirməyəcək. Əslində hakimiyyət gəncləri repressiyalara məruz qoymaqla bir daha gənclərdən qorxduğun sübut etdi”.
Həbsdən çıxmış Məhəmməd Məcidli dostlarıyla birlikdə

Həbsdən çıxmış Məhəmməd Məcidli dostlarıyla birlikdə

Məhəmməd Məcidli isə deyib ki, məhkəmə olan gün heç nəyə əsaslanmadan haqqında inzibati həbs cəzası çıxarılıb:
“Aydındır ki, bunlar hökumətin sifarişi idi. Ən maraqlı isə mənim məhkəməmdə oldu. Nə dinləmə, nə də şahidlər olmadı”.
Martın 10-da Bakıda keçirilən “Əsgər ölümlərinə son” aksiyasında iştiraka görə 100-dən çox aktivist saxlanmışdı. Onların əksəriyyəti sərbəst buralısa da 20-yə yaxını ümumlikdə 10 min manata qədər cərimələnib. 5 nəfər isə inzibati həbs cəzası almışdı.

Şərhləri göstər

XS
SM
MD
LG