Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:39

İsa Qəmbər gənclərlə görüşüb


İsa Qəmbərin gənclərlə görüşü (17 Mart 2013)

İsa Qəmbərin gənclərlə görüşü (17 Mart 2013)

-
«Azərbaycanda demokratik dəyişiklik etmək bu günkü gəncliyin missiyasıdır. Biz 1988-ci ildə öndə idik. Bizim dövrün gəncliyi o vaxt fədakarlıq göstərdi və müstəqilliyimizi qazanmağa nail olduq. Bu günkü gənclik də ayaqdadır. Mən əminəm ki, həmin gənclik Azərbaycanda demokratiyanın bərqərar olunmasına öz töhfəsini verəcəkdir».
Bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər martın 17-də gənclərlə keçirdiyi görüşündə deyib.

İsa Qəmbər NİDA-çıların həbsinə də toxunub.

Deyib ki, hakimiyyət gənclik dalğasından qorxaraq onları həbs edir:

«Hakimiyyət başa düşməlidir ki, artıq gənclik qorxmur. Bu günün gənclərinin qarşısını nə rezin güllələrlə, nə su şırnaqları ilə, nə də səs silahları ilə ala bilməyəcəklər. Bu günkü görüş onu göstərdi ki, gənclik bu zallara sığışan gənclik deyil, siz meydanları doldurmağa layiq gənclərsiz».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG