Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:03

Suriya - qarşıdurma üçüncü ilə girir


Suriyada uşaqlar prezident Bashar Assadın atası Hafez Assadın yıxılmış heykəlinin üstündə oynayırlar

Suriyada uşaqlar prezident Bashar Assadın atası Hafez Assadın yıxılmış heykəlinin üstündə oynayırlar

-
BBC-nin əməkdaşı Jeremy Bowen Suriyadakı vəziyyət haqda yazıb. Müəllifin yazısını ixtisarla təqdim edirik:

İki il əvvəl Suriyanın cənubundakı Deraada bir qrup adam etiraz aksiyasına çıxdı. Assad rejimi həmin aksiyanı güc yolu ilə dağıtdı.
Ancaq müxalif hərəkat əzilmədi. Genişləndi və daha çox etirazçı öldükcə silahlı üsyana çevrildi. O vaxtdan ölənlərin və yaralıların sayı sürətlə artmağa başladı. Bir milyondan artıq suriyalı qaçqındır.

İndi İngiltərə, Fransa və ABŞ üsyançılara silah və hərbi təlim dəstəyi vermək haqda düşünür. Ancaq bu hadisələri yaxşılığa yox, pis vəziyyətə çatdıra biləcək riskli strategiyadır.
Dəməşqdə prezident sarayının vəziyyəti üsyançıların arzuladığı qədər pis deyil.
İngiltərə Assadın əsas müttəfiqləri olan Rusiya və İranın keçən ildən bu yana rejimə hərbi və maliyyə dəstəyini artırdığını təxmin edir. Assad və ətrafındakıların silahlı müxalifətə qarşı hərbi cəhətdən daha üstün olduğu istiqamətindəki inamı İngiltərə və Fransanın Avropa Birliyindəki tərəfdaşlarına Suriyaya silah embarqonu aradan qaldırma ilə bağlı təzyiqlər göstərməsinin səbəblərindən biridir.

2 İL ƏVVƏL BAŞLAYAN ÜSYAN
İki il əvvəl üsyan başlayanda Assad rejimi aralarında Al-Kaedanın da olduğu xariciləri günahlandırmışdı.
Hələb şəhərində yerləşən Polis Akademiyasında prezidet Bashar Assadın rəsmi

Hələb şəhərində yerləşən Polis Akademiyasında prezidet Bashar Assadın rəsmi

Etirazların müharibəyə çevrilməsindən bu yana cihad etmək istəyən azsaylı, ancaq çox təsirli qüvvələr rejimlə müharibə aparmaq üçün Suriyaya gəldi.
Münaqişə ilə bağlı indiyə qədər diplomatik səylər nəticəsiz qalıb. İngiltərə ilə Fransanın Avropa Birliyinin embarqosuna son qoymaq istəklərinin səbəblərindən biri də budur. Qətər və Səudiyyə Ərəbistanı indidən silah yardımı edir. Belə görünür ki, ABŞ, İngiltərə və Fransa da eyni şeyi etmək üçün zəmin hazırlayır.
İngiltərə və Fransa Liviya və İraqda olduğu dini dövlətin çökməsinə və xaosa yol açmayacaq bir siyasi həllə şərait yaratmaq istəyir. Ancaq bu Suriyada tanış olduğum, lap əvvəldən Bashar Assadı öldürmək, atasının qurduğu rejimi də yıxmaq istəyən üsyançıların ürəyindən deyil.
Assad rejimi və bəzi başqa dairələr Qətər və Səudiyyə Ərəbistanının verdiyi pulun bir qisminin cihad tərəfdarlarına getdiyini deyir. Bu iki körfəz ölkəsi üçün Assadın devrilməsi məzhəbdən başqa həm də strateji bir məsələdir.
Assad İran və Rusiyanın maliyyə, hərbi və diplomatik dəstəyi olmadan son iki ildə hakimiyyətdə qala bilməzdi.
Suriyada həm Assad, həm də silahlı üsyançılar hərbi qələbə qazanacaqlarına inanır.

Qarşıdurma isə üçüncü ilə girir. Ancaq bütün Suriya xalqı rejimə qarşı vəziyyətində deyil. Elə olsaydı, indiyə qədər prezident Assad ya təqaüdə çıxmışdı, ya da ölmüşdü. Hər iki tərəfin müdafiəçiləri var. Ancaq rejim və üsyançılar arasında qalan, rejimdən xoşu gəlməyən, ancaq üsyançıların, xüsusilə cihad tərəfdarlarının nələr törədəcəklərindən çəkinən, qorxu içində olan böyük bir kütlə var.
Suriyalılar müharibənin ölkələrini necə yox etdiyinə baxırlar.

Sayta hazırladı: Kəbiran Dilavərli

Şərhləri göstər

XS
SM
MD
LG