Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:53

Xi Jinping: "Çin xalqının böyük dirçəlişi uğrunda işi davam etdirəcəm"


t Xi Jinping

t Xi Jinping

Yeni Çin prezidenti Si Jinpinq (Xi Jinping ) Çin xalqının böyük dirçəlişi və Çinə xas böyük sosializm uğrunda işi davam etdirəcəyini vəd edib.

O bazar günü parlamentin sesiyasında çıxış edərkən bildirib ki, əgər Çin ölkədə həyat şəraitini yaxşılaşdırmaq istəyirsə bir an belə arxayınlamamalıdır.

O həmçinin korrupsiyaya qarşı qəti mübarizə aparılacağını bəyan edib.

Həmçinin yeni baş nazir Li Kekayənq (Li Keqiang) bu gün jurnalistlər qarşısında çıxış edərkən ölkədə iqdisadi islahatların tezləşdiriləcəyini və sürətli artımın davam etdiriləcəyini vəd edib.

O dövlət qulluqçularının sayı və məmurlara xərclənən vəsaitlərin azaldılacağını bildirib.

Çin hökuməti 2020-ci ilədək daxili məhsulun həcmini 2 dəfə artırmağı planlaşdırır.
Bunun üçün orta hesabla hər il 7,5 faiz iqtisadi artım olmalıdır.

Yeni baş nazir həmçinin ölkəsinin ABŞ-la sıx münasibətlərdə qərarlı olduğunu qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG