Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:07
-

Əməkdar İncəsənət xadimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının baş rejissoru Rəhman Əlizadə vəfat edib.

O, martın 17-də dəfn ediləcək.

R.Əlizadənin vəziyyəti qəfildən pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi. O, ürək xəstəliyindən əziyyət çəkirdi.

Yaxınlarının ANS-ə verdiyi məlumata görə, mərhum yaşadığı Mərdəkan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılacaq.

Rəhman Balarza oğlu Əlizadə 19 dekabr 1947-ci ildə Bakıda doğulub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakultəsini bitirib (1972).

1968-ci ildən 1993-cü ilədək Mərdəkan Xalq teatrında rejissor işləyib.

1993-cü ildən 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə dramaturq kimi özünün qələmə aldığı «Sindibadın xoşbəxtlik adasına səyahəti», «Tıq-tıq xanım», «Bilqamıs əfsanəsi», «Keçəlin toyu», «Dəli Domrul», «Damdabaca», «Maymaq», «Eramızdan milyon il əvəl», «Ay dəli», «Ələkbər əmi gülüş planetində», «Dəcəl çəpişlər, belə-belə işlər» pyeslərinə quruluş verməklə yanaşı «Kuraj ana» (B.Brext), «Pırpız Sona» (C.Məmmədquluzadə), «Qızıl xoruz» (A.S.Puşkin), «Göyçək Fatma» (K.Ağayeva) və s. tamaşaları hazırlayıb.

2006-2009-cu illərdə Azərbaycan Gənclər teatrında baş rejissor işləyib.

Orada «Mürafiə vəkilləri» (M.F.Axundov), «İblis» (H.Cavid), «Dünyanın axırı» (R.Əlizadə), «Tülkünün uçuşu» (A.Şaiq), «Saraxatun» (H.Saraclı), «Su pərisi» (F.Mustafa) tamaşalarını hazırlayıb. 2009-cu ilin aprel ayından yenidən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına baş rejissor təyin olunub. V.Şekspirin «Yay gecəsində yuxy» ,Nizami Gəncəvinin"Xeyir və Şər" tamaşalarını hazırlayıb.

1983-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının və 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

28 oktyabr 2000-ci ildə Əməkdar İncəsənət xadimi fəxri adı ilə təltiflənib, 2002-ci ildən Prezident mükafatçısıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG