Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:53

Eldar Həsənov prezidentə müraciət edir


Eldar Həsənov
Eldar Həsənov
-
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov tutduğu postdan geri çağırılması üçün prezident İlham Əliyevə müraciət edib.

Modern.az saytına açıqlamasında səfir bunu işlərinin ağırlığı ilə izah edib.

«Rumıniyada uzun müddətdir işləyirəm. Eyni zamanda Serbiya, Bosniya-Hersoqovina, Monteneqroda da Azərbaycanın səfiri vəzifəsində çalışıram. Həm məsafə baxımından, həm işin həcminə və çoxluğuna görə ölkə başçına belə bir müraciət etmişəm. Həm də Xarici İşlər Nazirliyinin rəhbərliyinə müraciətim olub. Amma mənim geri çağırılmağımla bağlı məsələ müstəsna olaraq cənab prezidentin səlahiyyətindədir. Cənab Prezident nə qərar qəbul etsə, həmin qərar mənim tərəfimdən hörmətlə qarşılanacaq və icrası həyata keçiriləcək»- səfir bildirib.

Sabiq Baş prokuror Eldar Həsənov 2001-ci ilin martında Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib.
XS
SM
MD
LG