Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:10

Naxçıvanda gözlənilməz mənzərə...


Heydər Əliyev
Heydər Əliyev

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

-
«Şərq Qapısı» - 16 mart 2013

Heydər Əliyev və Azərbaycan təhsili

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir.

Dahi rəhbər deyirdi: «Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır».

… Bu gün müstəqil Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir. Qəbul olunmuş yeni Təhsil Qanunu və ona uyğun aparılan islahatlar Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Muxtar respublikamızda bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər bu baxımdan xüsusi dəyərə malikdir. Azərbaycanda, о cümlədən Naxçıvanda təhsilin yüksəlişi, uğurları «Təhsil millətin gələcəyidir», – deyən ulu öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsidir.

Kənd mərkəzləri mahiyyət və məzmunca yeni obyektlərdir

Konkret faktlara müraciət edək. Şərur rayonunun Danyeri Kənd Mərkəzində kitabxanadan və kənd inzibati ərazi dairəsi üzrə nümayəndədən başqa, heç bir otağın qapısı açıq deyildi. Kitabxanaçının qulaqcıq qulağında nə işlə məşğul olduğu bizə aydın olmadı.

Bu vəziyyəti təkcə Danyeri kəndində deyil, rayonun digər yaşayış məntəqələrində də gördük. Hətta müşahidə apardığımız həmin kəndlərdə vəziyyətin daha acınacaqlı olduğu üzə çıxdı. Aşağı Daşarx kəndində gözlənilməz mənzərə ilə qarşılaşdıq. Mərkəzin bütün qadın işçiləri bir yerə toplaşıb çay süfrəsi arxasında, necə deyərlər, vaxtlarını keçirirlər. Kitabxananın fəaliyyəti ilə tanış olmaq istədik. Qapısı bağlı idi. Qadın əməkdaşlar qışqırıq salaraq bildirdilər ki, bəs içəridə adam var, amma... Məlum oldu ki, sən demə, kitabxanaçı içəridə yatıb. Yəqin, bizim səsimizə o, qapını açaraq yuxulu şəkildə iş yoldaşlarına əsəbiləşdi ki, məni niyə oyatdınız?

… Şahtaxtı Kənd Mərkəzində öncə kitabxanaya baş çəkdik. Kitabxanada bir oxucu var idi. Kitabxananın müdiri Simuzər Qasım¬ovadan bu vətəndaşın oxucu biletini göstərməsini xahiş etdik. Məlum oldu ki, onun oxucu bileti yoxdur. Eşidiblər ki, jurnalist araşdırma aparır, bir kənd sakinini tez oxucu kimi kitabxanaya gətiriblər.
XS
SM
MD
LG