Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:09
Suriya rejimi müxalifət qüvvələri ilə döyüşlərdə kaset bombalardan istifadəni artırır.

Human Rights Watch təşkilatının yeni hesabatında belə deyilir.

Döyüş meydanlarında aparılan istintaq və həvəskar çəkilişlərə əsaslanan hesabatda son 6 ay ərzində bütün ölkə boyu 100-dən çox yerə, azı 156 belə bomba düşdüyü bildirilir.

Qeyd edək ki, bir çox ölkələrdə bu cür bombaların tətbiqi qadağan edilib.

Suriyanın müxalifət qüvvələri iki ildir ki, prezident Bashar Assad rejiminə qarşı silahlı mübarizə aparırlar.

BMT bu müddət ərzində azı 70 min adamın ödüyünü, 4 milyon nəfərin isə qaçqın və köçkün düşdüyünü bildirir.
XS
SM
MD
LG