Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:05
-
Martın 16-da Ümid Partiyasının Ali Məclisi partiya sədri İqbal Ağazadənin prezidentliyə namizədliyini dəstəkləyib və qurultaya tövsiyə edib.

Bu barədə AzadlıqRadiosuna partiya Ali Məclisinin sədri Ənvər Ağazadə məlumat verib:

«Ali Məclis qurultaya tövsiyə etdi ki, Ümid Partiyası seçkilərdə öz namizədi ilə iştirak etsin və partiyanın prezidentliyə namizədi də İqbal Ağazadə olsun. Bu istiqamətdə rayon təşkilatlarına tapşırıqlar verilib ki, müəyyən işlər görsünlər. Qərar qurultayda veriləcək».

Ümid Partiyasının növbəti qurultayı may ayında keçiriləcək.

İndiyə qədər Müsavat başqanı İsa Qəmbərlə REAL Hərəkatının sədri İlqar Məmmədov prezident seçkisində iştirak edəcəyi ilə bağlı qərarını açıqlayıb.

İlham Əliyevin namizədliyini isə bir sıra qurumlar təklif etsə də, hələ ki Yeni Azərbaycan Partiyası onun namizədliyini rəsmən elan etməyib.

Partiya qərarını qurultayda açıqlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG