Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:35
ABŞ hakimiyyəti Şimali Koreya və İrandan gələn raket və nüvə təhlükələrinə cavab olaraq ölkənin qərb sahillərində raket hücumundan müdafiə qurğuların sayını artıracaq.

Bunu ABŞ müdafiə naziri Cak Heyqel (Chuck Hagel) bəyan edib.

1 milyard dollarlıq bu planda ölkənin qərbində daha 14 bu cür qurğu yerləşdirmək nəzərdə tutulur.

Hazırda ABŞ-ın qərb sahillərində 30 belə qurğu var.

Bu planda həmçinin Yaponiyada əlavə radarlaq qurmaq və bu planın 2017-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur.

Hagiel həmçinin qeyd edib ki, bu plan ABŞ-ın Avropada qurduğu hava hücumlarından müdafiə sisteminin son mərhələsini təxirə salmağa çağırır.

Şimali Koreya ötən ay daha bir nüvə sınağı keçirib və BMT-nin təhlükəsizlik şurası buna görə ona qarşı sanksiyaları daha da kəskinləşdirib.
Şimali Koreya isə buna cavab olaraq Koreya müharibəsinin sonunda əldə edilmiş 60 illik barışıqdan çıxdığını bəyan edib.

Hagiel Vaşinqtonda jurnalistlər qarşısında çıxış edərkən bunu fitnıəkarlıq adlandırıb.

Pxenyan Cənubi Koreya və Yaponiyanı bura bilən raketləri olduğunu nümayiş etdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG