Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:41

Mehriban Əliyeva ABŞ səfiri ilə görüşüb


-
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar-la görüşüb.

Bu barədə fondunun internet səhifəsində məlumat verilib.

Görüşdə Fondla ABŞ arasında təhsil, tələbə mübadiləsi, qadın peşə məktəblərinin yaradılması istiqamətində fikir mübadiləsi aparıldığı bildirilir.

Mehriban Əliyeva Azərbaycanda qadın sahibkarlara dövlət dəstəyi olduğunu, onların cəmiyyətdəki rolunun, ictimai fəaliyyətinin stimullaşdırılmasına xüsusi diqqət göstərildiyini deyib.

«Səfir Fondun prezidentini Novruz bayramı münasibətilə təbrik edib. Görüşdə qarşılıqlı maraq doğuran digər layihələr ətrafında da fikir mübadiləsi aparılıb», - deyə məlumatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG